Education HUB təşkilatının “İnkişaf zamanı” proqramı çərçivəsində reallaşdırdığı “Qoy, biliyimiz icmaya xidmət etsin” layihəsinin dekabrın 6-da ictimai təqdimatı keçirilib.
Layihənin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. “İnkişaf zamanı” proqramı çərçivəsində gənclər tərəfindən erkən nikahların qarşısının alınması üçün maarifləndirici sessiyalar, ətraf mühitin mühafizəsi, sosial şəbəkələrin zərərləri, kitab oxuma vərdişlərinin aşılanması və s. mövzularda məlumat verilib, qısametrajlı maarifləndirici filmlər və videoçarxlar hazırlanıb.
https://azertag.az/.../Education_HUB_teskilati_yeni...
