Fərqli insanlarla tanış olmaq, qulaqlarınızla kitab oxumaq, onlarla ünsiyyət qurmaq, suallar vermək, danışmaq və kəşf etmək istəyiniz varsa və maraqlanırsınızsa, deməli, elə indi həmin an və zamandır.
“İnsan Kitabxanası” təşəbbüsü sizinlə həmin insanlar arasında birləşdirici halqaya çevriləcək.
15 avqust saat 19:00-21:00-da onlayn formatda ZOOM üzərindən baş tutacaq unikal "İnsan Kitabxanası"nın oxucu görüşünə yazılmağa və yerinizi rezerv etməyə tələsin.
Görüşün canlı kitabları bunlardır:
• Feminist fəal
• İnkluzivliyi təbliğ edən rəqqas
• Veqan xanım
• Keçmiş məcburi köçkün
Görüşdə iştirak ödənişsizdir və yerlər məhduddur.
Son qeydiyyat tarixi: 13 Avqust 2022
Qeydiyyat linki
https://forms.gle/WRz9wqog4Rz27GE36
Qeydiyyatdan keçmiş hər bir iştirakçı görüşün Zoom linkini əldə edəcək.
Təşəbbüs Education HUB-ın texniki dəstəyi ilə 4 Şərq Tərəfdaşlıq ölkəsində keçirilən “Kitabı cildinə görə mühakimə etməyin...” beynəlxalq proqramı çərçivəsində reallaşır. Təşəbbüs Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaşlıq Təhsili Federal Agentliyi (BpB) tərəfindən həyata keçirilir.
Görüşdə iştirak edən bütün “oxucular” ingilis dilində elektron sertifikatlar əldə edəcəklər.