Fərqli insanlarla tanış olmaq, qulaqlarınızla kitab oxumaq, onlarla ünsiyyət qurmaq, suallar vermək, danışmaq və kəşf etmək istəyiniz varsa və maraqlanırsınızsa, deməli, elə indi həmin an və zamandır.

“İnsan Kitabxanası” təşəbbüsü sizinlə həmin insanlar arasında birləşdirici halqaya çevriləcək.

 10 sentyabr saat 15:00-17:00-da CODERS Azərbaycan ofisində baş tutacaq unikal "İnsan Kitabxanası"nın oxucu görüşünə yazılmağa və yerinizi rezerv etməyə tələsin.

 Görüşün canlı kitabları bunlardır:

• Feminist fəal

• İnkluzivliyi təbliğ edən yazıçı

• Veqan xanım

• Keçmiş məcburi köçkün

Görüşdə iştirak ödənişsizdir və yerlər məhduddur.

Son qeydiyyat tarixi: 3 Sentyabr 2022

Qeydiyyat linki

https://forms.gle/J6P83np9Z34qBJh29

15 avqust tarixində onlayn "İnsan Kitabxanası" görüşündə iştirak etmiş şəxslər bu görüşdə iştirak edə bilməzlər.

Təşəbbüs Education HUB-ın texniki dəstəyi ilə 4 Şərq Tərəfdaşlıq ölkəsində keçirilən “Kitabı cildinə görə mühakimə etməyin...” beynəlxalq proqramı çərçivəsində reallaşır. Təşəbbüs Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaşlıq Təhsili Federal Agentliyi (BpB) tərəfindən həyata keçirilir.

Görüşdə iştirak edən bütün “oxucular” ingilis dilində elektron sertifikatlar əldə edəcəklər.