Education HUB-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan - Keyfiyyətli təhsili (DİM #4) simvolizə edən mural Mingəçevir Dövlət universitetinin binasını bəzəyir.

Mural süni zəka araşdırmaçısı Kaliforniyadakı Berkeley Universitetinin kompüter elmi üzrə əməkdar professoru Lütfəli Rəhim oğlu Ələsgərzadənin (Lütfizadə) 100 illik yübileyinə həsr olunub. Mural Mingəçevir Dövlət Universiteti, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsi ilə əməkdaşlıqda reallaşdırılıb.