Education HUB-ın "İdeyadan fəaliyyətə" programı çərçivəsində "Kitabların İzində" təşəbbüs komandasının növbəti görüşü keçirilib.

Görüşün qonağı "Hədəf Şirkətlər qrupu"nun baş direktoru, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq olub.

Görüş zamanı Şəmil bəy kitab yazmağa başlamasından, xəyalını qurduğu şirkəti yaratmasından danışıb. Gənclərə oxunulması lazım olan faydalı kitablar barəsində məlumatlar verib. Sonda gənclərin suallarını cavablandıraraq, 15 il öncəki oxucu ilə bugünkü oxucu arasında olan fərqlərdən danışıb.