Education HUB-ın "İdeyadan fəaliyyətə" programı çərçivəsində "Kitabların İZində" təşəbbüs komandasının növbəti görüşü keçirilib.
Görüşün qonağı "Son Xəyanət", "Naməlum məktub" kitablarının yazarı İlahə Səfərzadə olub.
Görüş çərçivəsində İlahə xanım kitab oxumağın faydalarından, kitab oxuyarkən yaş həddinə uyğun kitab seçilməsindən, kitab yazmaq üçün lazım olan motivasiyadan və önəm verilməli olan məqamlardan danışıb. Eyni zamanda gənclərin suallarını cavablandırıb.
