Oktyabrın 27-də Avropa İttifaqının “Dəyər üçün Əmkdaşlıq” proqramı çərçivəsində Avropa Vençur Filantropist Assosiasiyası Şərq Tərəfdaşlığı ölkələrindən olan şirkətlər üçün “Korporativ Sosial Sərmayə” adlı regional vebinar sessiyası təşkil edilib.

Vebinar zamanı iştirakçılar Korporativ Sosial Sərmayə konsepsiyası ilə tanış olublar. Şirkətlər sessiya zamanı korporativ resurslardan strateji istifadə etməklə sosial təsirin formalaşması, cəmiyyətdə dəyişikliklərə nail olmaq üçün KSM-dən düzgün istifadə etmə yollarını müzakirə ediblər.

Eyni zamanda sosial və ətraf mühitə təsir üçün Avropa ölkələrinin maliyyə və qeyri-maliyyə resurslarından nümunələr paylaşılıb.