"Küçə Heyvanlarının Səsi Olaq " təşəbbüsü küçə heyvanları timsalında bütün heyvanların səsi olmağı hədəfləyir. Məqsəd küçə heyvanlarına olan şiddətin qarşısını almaq və onlara etinasızlığı aradadan qaldırmaqdı. 22 noyabrda keçirilən təlimdə 80-dən çox məktəbli və universitet tələbələri iştirak edib.

Təşəbbüs komandasının üzvləri heyvanlara qarşı şiddətdən, onlara kömək yollarından, xüsusilə isə sığınacaqlar barədə ətraflı məlumatlar verildi. Təqdimatın sonunda iştirakçılar arasında yarışma keçirildi və iştirakçılar arasında 3 nəfər qalib oldu. Təşəbbüs qrupu tərəfindən hazırlanan animasiya nümayiş etdirilib.