Education HUBın " İcmalar üçün kreativlik" proqramı çərçivəsində "EveryBody is beautiful" təşəbbüs qrupu yanvarın 26-da BMT-nin gender həssaslığı üzrə eksperti Şəms Mustafayevanın spikerliyi ilə "Medianın yaratdığı ideal qadın obrazının fəsadları" adlı vebinarı təşkil edib.

Müxtəlif media qurumlarının təmsilçiləri, qadınların hüquqlarını müdafiə edən və onlara hüquqi yardım göstərən QHT nümayəndələrinin də qatıldığı vebinarda Şəms Mustafayeva bu mövzuda aparılmış müxtəlif sorğuların nəticələrindən və qadınların uşaqlıqdan izlədiyi qeyri-real dərəcədə gözəl animasiya şahzadələrinin onların yetkinlik həyatına təsirindən, həmçinin body pozitivin uğursuz məqamlarından da bəhs edib.