"İnkişaf zamanı proqramı çərçivəsində "Education Hub"ın təşkilatçılığı və MitOst Assosiasiyasının dəstəyi ilə həyata keçirilən Məktəblə Arama Məsafə qoyma təşəbbüsü davam edir.
"Məktəblə Arama Məsafə Qoyma" təşəbbüsünün məqsədi kənd yerlərində yaşayan uşaqların təhsilə marağının artırılmasınının təşviq edilməsi, kənddə uşaqların məktəbdən kənar məşğuliyyətlərə cəlb olunması, uşaqlarda özünə inamı artırmaq üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdir.
Bu məqsədlə 26 Oktyabr - 11 Noyabr 2020-ci il tarixlərində Quba və İsmayıllının kəndlərindən dəvət olunmuş 13 məktəbliyə "Təhsilsizlik sosial problemlərin əsas səbəbidir" mövzusunda onlayn debat oyunları baş tutmuşdu.11 noyabr tarixində isə Quba və İsmayıllıdan seçilmiş komandalar arasında final oyunu keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilmiş və “Qanun” Nəşriyyatı tərəfindən məktəblilərə kitablar hədiyyə göndərilib.