"İnkişaf zamanı" proqramı çərçivəsində "Education Hub"ın təşkilatçılığı və MitOst Assosiasiyasının dəstəyi ilə həyata keçirilən "Məktəblə Arama Məsafə Qoyma" təşəbbüsünün son mərhələsi tamamlanıb.

26-28 noyabr tarixlərində Yevlax rayon Rüstəmli kənd məktəbinin divarlarında şagirdləri motivasiya edəcək, təhsilə həvəsləndirəcək rəsmlər çəkilmiş, daha sonra məktəbin şagirdləri ilə həmin rəsmlər rənglənmişdir.