Qazax rayonundan olan "Gələcəyə açılan pəncərə" təşəbbüsü "Məktəblərdə dərsləri necə interaktiv edək" adlı müzakirə təşkil edib. Müzakirə zamanı gənclər “İnteraktiv Tədris Metodlarından İbarət Müəllimlər üçün Məlumat Kitabçası”nı da təqdim ediblər.

Yarat.. İnkişaf et..Töhfə ver... layihəsi çərcivəsində həyata keçirilən "Gələcəyə açılan pəncərə" gənclər təşəbbüsünün məqsədi Qazax rayonu üzrə orta məktəblərdə və təhsil oclaqlarında müəllimlərin ən son interaktiv tədris metodları və qeyri-formal təhsil texnikaları ilə təlimatlandırılmasi idi.