«Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü» çərçivəsində
Yarat! İnkişaf Et! Töhfə Ver!
Layihəsində Binəqədi Gənclər Evi üçün mentorların
ƏRİZƏ QƏBULU
Son müraciət tarixi: 24 yanvar, 2020
UNİCEF Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü” proqramını həyata keçirir. “Konstitutsiya” Araşdırmaları Fondu və Education HUB təşəbbüsün tərəfdaşları olaraq “Yarat! İnkişaf et! Tövhə ver!” layihəsini icra edir.
Layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ icma təşəbbüslərinin həyata keçirilməsinə dəstək verməkdir.
KAF və Education HUB layihə çərçivəsində həyata keçiriləcək iştirakçı təşəbbüslərinə dəstək məqsədilə sosial layihələrin icrasında təcrübəsi olan gəncləri mentorluq seminarında iştirak etməyə və təşəbbüslərin icrasında mentorluq dəstəyi göstərməyə dəvət edir. Ərizə qəbulu Bakı (Binəqədi və Xəzər rayonu), Mingəçevir, Şəmkir, Qazax, və Biləsuvar regionlarını əhatə edir.
Kimlər müraciət edə bilər:
Təlim cədvəli:
Sentyabr-Noyabr aylarında layihə üzrə seçilmiş regionlarda baş tutacaqdır.
Bütün komponentlərdə tam iştirak tələb olunur. Proqramı uğurla başa vuran mentorlar sertifikat ilə təltif olunacaqlar.
Şərtlər
Ərizə qəbulu
Mentorluğa sənəd vermək üçün online ərizə formasını https://forms.gle/8XLte59E2mxGrc3N9 24 yanvar, 2020-ci il tarixindən gec olmayaraq doldurun, bu tarixdən gec göndərilən ərizələr qeydə alınmayacaq.
Seçim prosesində:
namizədlərə üstünlük veriləcək.
Seçilmiş və gözləmə siyahısında olan namizədlərlə 28-29 Yanvar 2020-ci il tarixində əlaqə saxlanılacaq. Rica olunur e-mail hesablarınızı tez-tez yoxlayasınız, çünki seçildiyiniz halda iştirakınızı təcili təsdiqləməniz tələb olunacaq.
E-mail: eduhub.az@gmail.com
Facebook səhifəsi : https://www.facebook.com/EduHUB.az/
Əlaqə nömrəsi: (+994)12 409 6997
Müraciətinizi gözləyirik!