Mingəçevir Gənclər evindən olan mentorumuz Həmid Hüseynli Art terapiya təlimləri zamanı öyrəndiyi metodlar əsasında Mingəçevirdə yaşayan şəhid və qazi övladlarında posttravmatik stressi aradan qaldırmaq üçün məşğələlər təşkil edib. Məşğələlər “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində təşkil olunub.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, Unicef-in Azərbaycan nümayəndəliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.