21-23 oktyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində Şərqi Avropa Vətəndaş Təhsili Şəbəkəsinin Forumu keçirilib. Tədbir iştirakçıları vətəndaş təhsilinin problemləri və prioritetlərini yenidən nəzərdən keçirərək yeni ideyaları müzakirə ediblər. Şərqi Avropa Tərəfdaşlıq regionunda müharibə dövründə və müharibədən sonra vətəndaş təhsilini necə həyata keçirmək olar? suallarına cavab axtarılıb. Həmçinin informasiya müharibələrinə müqavimət göstərmək üçün müxtəlif alətlər müzakirə edilib. İForumda Education HUBı Proqram Meneceri Gulnara İsmailova təmsil edib.