Education HUB-ın “İdeyadan fəaliyyətə” proqramı çərçivəsində “Motivasiya ağacı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 3 günlük(23-24-25 dekabr 2021) təlimlər təşkil olunub.
Təlimin ilk günündə (23 dekabr 2021) iştirakçılar şəxsi inkişafa və məqsədlərin formalaşdırılmasına istiqamətlənmiş biliklər əldə etmiş,mövzu ilə əlaqədar komanda işləri yerinə yetiriblər.
Təlimin ikinci günü (24 dekabr 2021) iştirakçılara motivasiya nədir və onu necə yüksəldə bilərik? mövzusunda təlim keçilib. Qısametrajlı video izləyərək müzakirələr aparılıb.
Təlimin son günündə (25 dekabr 2021) "Motivasiyanı itirməməyin 10 üsulu" mövzusunda təlim keçilib. İştirakçılar sertifikatla təltif olunmuş,onları ifadə edən motivasiyaedici cümlələr yazaraq "Motivasiya ağacı"maketindən asıblar.
Təlimlər müddətində kollec,universitet tələbələri və Mingəçevir qəsəbə sakinləri iştirak ediblər.