Education HUB-ın "İdeyadan fəaliyyətə" proqramı çərçivəsində həyata keçirilən "Müəllimlərin mühitə adaptasiyası" layihəsinin bağlanış görüşü baş tutub.
Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva, Education HUB-ın nümayəndəsi Orxan Məsimov, Lənkəran rayon C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbin direktoru Araz Babayev, "Elm Tədris Akademiyasının" təsisçisi, LDU-nun Coğrafiya və Kurikulum müəllimi Samir Salayev qonaq qismində iştirak edib, layihə və onun davamlılığı barədə öz düşüncələrini bölüşərək iştirakçılara öz məsləhətlərini veriblər.
Layihə boyunca keçirilmiş təlimlərin hesabat videosu təqdim olunduqdan sonra iştirakçılar arasında qrup işləri və enercayzerlər həyata keçirilib. Sonda təlimlərdə aktiv iştirak edən iştirakçılar sertifikatla təqdim edilib.
