Müraciətlər qəbul edilir!
BISNESS IMAGE LAB (BIL) təcrübə mübadiləsi, mövcud bizneslərin birgə yaradılması və təkmilləşdirilməsi, gəlirliliyin artırılması, proseslərin strukturlaşdırılması və yeni yanaşmaların axtarışı üçün müxtəlif ölkələrdən məsləhətçilər və sahibkarlar şəbəkəsini bir araya gətirən Azərbaycan-Almaniya platformasıdır. 
Proqram çərçivəsində birlikdə təhlil edəcək, kiçik bizneslər üçün bazarda mövcudluğu yenidən quracaq, qarşılıqlı əlaqə formaları ilə təcrübə aparacaq və yeni əlaqələr əldə edəcəyik. Yanvarın 23-də startaplar və sosial bizneslər üçün marafon təqdim edirik.
Seanslar 4 dəfə keçiriləcək və mövzuları əhatə edəcək: Liderlik və kouçinq; Satış kanalları, Vizual imic və brendinq; Onlayn marketinq.
Marafonun sonunda iştirakçılar elektron sertifikat əldə edəcəklər.

Qediyyat linki: https://forms.gle/zCRu4XMfAvcHwRav8