Bu günlər bizim hamımız üçün, xüsusilə də bu yeni "müvəqqəti" həyat tərzinə alışmağa çalışan uşaqlar və yeniyetmələr üçün çətindir.
Məktəblərin və gənclər evlərinin bağlanması, bir çox tədbirlərin təxirə salınması yeniyetmələrin özlərini narahat, təcrid olunmuş və məyus hiss etmələrinə səbəb ola bilər.
Bizim onlara mesajımız aydındır: SİZ TƏK DEYİLSİNİZ!
Rəsmi tərəfdaşımız UNİCEF tərəfindən bu çətin vaxtların öhdəsindən gəlməyə kömək edəcək bəzi faydalı tövsiyələrin yer aldığı kiçik bir qovluğu diqqətinizə çatdırırıq.
Əlləri düzgün yumaq qaydaları ilə bağlı hazırlanmış tövsiyələrin əks olunduğu qovluğun linkinə burada baxa bilərsiniz.