Education HUB “İnkişaf üçün incəsənət” proqramı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələr üçün erkən nikahlara həsr olunmuş “Oxuyuram, əl çəkin!” adlı təşəbbüsü reallaşıb. Təşəbbüs zamanı tələbələr üçün “Erkən nikahın psixoloji təsirləri”, “Erkən nikah-İnsan haqqlarının pozulması” mövzusunda təlimlər, sosial və heykəl teatrı nümayiş olunub.
Təşəbbüs çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin binasında erkən nikahın fəsadlarına həsr olunmuş divar rəsmi-qrafitti çəkilib.
