Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın iyulun 23-də “Qadın sahibkarlığı: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunmuş forum təşkil edib. KOBİA-nın dəstəyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən qadın sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Education HUB-ın Proqram Meneceri Gülnarə İsmayılova forumda çıxış edərək sosial sahibkarlıqla bağlı hüquqi mexanizmin yaradılması, qanunvericiliyə müvafiq dəyişiklərin olması və bu sahədə maarifləndirilmənin vacibliyini qeyd edib.