Martın 2-də Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” təqaüd proqramının açılış tədbiri keçirilib. Tədbirdə Education HUB-ın Kommunikasiya üzrə əməkdaşı Orxan Məsimov da iştirak edib.

Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov çıxış edərək , “Qızların təhsilinə dəstək” layihəsi haqda ətraflı məlumat verib və layihənin davamlılığı haqda müzakirələr aparıblar.