Education HUB-ın Kommunikasiya üzrə əməkdaşı Orxan Məsimov 23 noyabr tarixində AQSİA tərəfindən təşkil edilən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı 5-ci Forumda iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd ekosistemdə fəaliyyət göstərən 500-dən çox maraqlı yerli və beynəlxalq tərəfdaş təşkilatın, o cümlədən QHT-lərin, universitetlərin, sahibkarların, investorların, özəl sektorun, medianın və dövlət qurumlarının bir araya gətirildiyi platforma yaratmaq və qadın sahibkarlığı geniş şəkildə təbliğ etməkdir. Forumda lider qadınlar, sahibkarların üzləşdiyi problemlər, dövlət tərəfindən sahibkarlara verilən dəstək, güzəştli kreditlər, gənc sahibkarlar, start-uplar əsas müzakirə mövzuları olub