Education HUB-ın proqram məzunu Lalə Qurbanova 29-30 noyabr və 06-07 dekabr tarixlərində Avropa İnkişaf Bankının təşkilatçılığı ilə "Sahibkar qadınlar üçün fəaliyyətdə liderlik" üzrə təlimdə iştirak edib.

Təlimdə idarəetmə nədir, idarəetmə elm, ixtisas və incəsənt kimi, rəhbərin əsas keyfiyyətləri, idarəetmə və emosional zəka, idarəetmə üslubları, emosiyaların idarə edilməsi, reaksiyalar və onların növləri, ünsiyyət modelləri və üslubları, danışıqlar mərhələsi, müzakirələrdə mövqe, maraq, güzəştlər, iş-həyat balansı mövzularında məlumatlar paylaşılıb. Təlim müddətində aktiv müzakirə və praktiki tapşırıqlarla, real təcrübədən müzakirələrlə mövzular daha dərindən mənimsənilib.