“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində 22-24 Yanvar 2021-ci il tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyindən olan iştirakçılar və mentorlar üçün Qiymətləndirmə sessiyası keçirilib. Sessiya zamanı iştirakçılar layihələrin həyata keçirilməsi dövründə istifadə olunmuş incəsənət alətlərininin effektivliyini, şəxsi inkişaf mərhələləri, layihələr zamanı istifadə etdikləri əldə etdikləri uğurlar, pandemiya dövründə qarşıya çıxan çətinliklər ilə bağlı komanda üzvləri arasında müzakirə aparıblar. İştirakçılar və mentorlar layihənin son mərhələsi olan İctimai təqdimata hazırlıq prosesinə başlayıblar.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.