Education HUB - ın Kommunikasiya üzrə əməkdaşı Orxan Məsimov "Şərq Tərəfdaşlığı İcma Cəmiyyəti Fasilitasiya" proqramının şəbəkələşmə görüşündə iştirak edib.

Hibrid formatda baş tutan görüşdə Azərbaycan, Gürcüstan və Ermənistandan olan iştirakçılar Gürcüstanda, Moldova, Ukrayna və Belarusdan olan iştirakçılar isə Moldovada bir araya gəlib. Həmçinin, bəzi iştirakçılar onlayn şəkildə qoşulub.

Görüş çərçivəsində dəvət olunmuş qonaqlar maliyyə imkanları, beynəlxalq layihələr, əməkdaşlıq və s. imkanlar barədə məlumat veriblər.