Sumqayıt Peşə Təhsili Mərkəzində sosial sahibkarlıq mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Göyçay İnkişaf Mərkəzi və Education HUB-un təşkilatçılığı ilə baş tutub. Müəllimlərin və peşə məktəbi şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə sosial sahibkarlıq anlayışı və onun mühəndislik sahəsindəki rolu haqqında ətraflı məlumat təqdim edilib. Eyni zamanda, iştirakçılara sosial sahibkarlıq sahəsindəki yerli və beynəlxalq qabaqcıl təcrübələr nümayiş etdirilib.

Tədbirin davamında Yunanıstana təlim səfərində iştirak etmiş gənclər öz təcrübələrini iştirakçılarla bölüşüb, beynəlxalq öyrənmə mühitinin onlara qazandırdığı bilik və bacarıqları ətraflı şəkildə təqdim ediblər.