Kitabıstanın təşkilatçılığı ilə dörd Skandinaviya ölkəsinin - Danimarka, Finlandiya, Norveç və İsveçin Azərbaycandakı səfirliklərinin tərəfdaşlığı və Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə “NORDIC TALKS” layihəsi çərçivəsində 4 Skandinaviya ölkəsinin səfirlərinin iştirakı ilə panel müzakirə keçirilib.
Tədbirin məqsədi Skandinaviya ölkələrinin yaşıl keçidini və onların iqlim dəyişikliyi ilə mübarizə təcrübələrini cəmiyyətimizə təqdim etmək olub.
Education HUB tədbirdə Orxan Məsimov tərəfindən təmsil olunub.