Education HUB Proqram Meneceri - Gülnara Ismailova SMEDA və İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyin (Almaniya) təşkil etdiyi Beynəlxalq Menecer Təlim Proqramını uğurla başa vurdu. Proqram zamanı iştirakçılar Almaniyanın biznes ekosistemi, biznes etikası, danışıqlar və idarəetmə tərzi ilə tanış olmaq imkanı əldə ediblər. Seminarda qrup üzvləri əməkdaşlıq layihələri və Proqramdan gözləntiləri haqqında məlumat mübadiləsi aparmışdılar.
