5/6 may 2022-ci il tarixlərində Fransanın prezidentliyi ilə Avropa Komissiyasının Strasburqda Musiqi və Konqreslər Sarayında Sosial İqtisadi Sammiti baş tutub. Tədbir 1000-dən artıq sosial iqtisadiyyatla bağlı maraqlı tərəfləri bir araya gətirərək "Sosial İqtisadiyyat, Avropanın gələcəyi" mövzusu altında keçirilib.
Yüksək səviyyəli plenar sessiyalar, seminarlar, şəbəkələşmə imkanları və sosial iqtisadiyyat təşkilatlarına səfərlər, tematik çıxışlar və yaxşı təcrübələrin öyrənilməsi üçün mübadilə səfərləri təşkil edilib.
Azərbaycanı Education HUBın Proqram Meneceri, Avropa Sosial Sahibkarlar Şəbəkəsinin üzvü Gulnara İsmailova təmsil edib.
