14-15 oktyabr 2021-ci il tarixlərində Education HUB və Avropa İttifaqı Gənclər üçün proqramı ilə əməkdaşlıqda Azərbaycanın müxtəlif regionlarından olan gənclər üçün “Sosial Sahibkarlıq – fürsətlər yaradan biznes” adlı təlimlər keçirilib.

Avropa İttifaqının sosial sahibkarlıq üzrə peşəkar təlimçisi Alyona Lis və Belarusdan olan sosial sahibkar Oksana Şevçenko tərəfindən həyata keçirilən təlimlərdə Aİ, Böyük Britaniya və ABŞ-dan, eləcə də Şərq Tərəfdaşlığı ölkələrindən olan sosial sahibkarlıq nümunələri, Kanvas Ostervald və digər biznes modellər haqda məlumat verilib.