Dekabrın 16-da Education HUB Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıqda doktorantlar üçün “Sosial sahibkarlıqda biznes araşdırma metodları”na həsr olunmuş təlimlərini onlayn davam etdirib.

Təlimçi Turan Nağıyeva tədqiqat metodları, yeni trendlər haqda iştirakçılara məlumat verib.

Təlim zamanı BDU, Dövlət Aqrar Universiteti, UNEC, Bakı Biznes Universiteti, BMU-dan olan doktorantlar qatılıblar.

Təlim Avropa Vençur Filantropist Assosiasiyasının “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində reallaşıb. Proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir və Azərbaycanda rəsmi tərəfdaş Education HUB-dır.