“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsi çərçivəsində "Sumqayıt üçün geri dönüşüm" təşəbbüs qrupu tullantılara ikinci həyat bəxş ediblər. Onlar atılmış qapaqlar, taxta parçaları, kağızlardan istifadə etməklə yeni əşyalar hazırlayıblar. Təşəbbüsün məqsədi gənclər arasında ekoloji maarifləndirmənin aparılması və yenidən emalı təbliğ etməkdir.
“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi), UNİCEF Azərbaycan (Unicef Azerbaijan) və Azərbaycan Respublikası Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.