"Education HUB"- in "İcmalar üçün kreativlik proqramı çərçivəsində "Talk and Rise" təşəbbüsünün ilk sessiyası 8 dekabr tarixində baş tutmuşdur. Sessiya Zoom platformasında təlimçi, dilşunas Leyla Alməmmədova tərəfindən ingilis dilində "Impacts of Social Media" mövzusunda danışıq dərsləri keçirilmişdir. 11 nəfərlik qrupa sessiya zamanı müasir təlim metodlarının istifadəsi ilə mövzu üzrə müxtəlif, interaktiv fəaliyyət növləri, müzakirə və debat təşkil edilmişdir.