"Education HUB"-ın "İcmalar üçün kreativlik proqramı" çərçivəsində "Talk and Rise" təşəbbüsünün növbəti sessiyası 17 dekabrda baş tutub. Sessiya zamanı İnsan Resursları üzrə tanınmış təlimçi Sevinc Qarakişiyeva tərəfindən "İnsan Resursları ilə tanışlıq" mövzusunda təlim keçirilib. İştirakçılar təlim boyu müxtəlif müzakirələr etmiş, yeni bilik və bacarıqlara yiyələnmiş, bu mövzuda onlara maraqlı olan suallar cavablandırılmışdır.