Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php72/sess_i5iepsqfk7ve4iemg5qvvfk1rd, O_RDWR) failed: No such file or directory (2) in /var/www/eduhub.az/public_html/frontend/controller/crud.php on line 3

Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php72) in /var/www/eduhub.az/public_html/frontend/controller/crud.php on line 3

Notice: Undefined index: post_token in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 11

Notice: Undefined index: foto in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 12

Notice: A non well formed numeric value encountered in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 13

Notice: Undefined index: post_token in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 14

Notice: Undefined index: video in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 15

Notice: Undefined index: author_code in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 16

Notice: Undefined index: author_photo in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 17

Notice: Undefined index: special_url in /var/www/eduhub.az/public_html/frontend/controller/head.php on line 18
Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi

"Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” proqramının yekun tədbiri keçirilib.

 7 aprel tarixində baş tutan tədbirdə Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin (DPTM) nümayəndələri, Education HUB-ın rəhbərliyi, iştirakçılar iştirak ediblər.

 Tədbirə açılış nitqi ilə başlayan layihə rəhbəri Orxan Məsimov hər kəsi salamlayaraq tədbirin formatı haqqında məlumat verib.

 Daha sonra iştirakçılar həyata keçirdikləri təşəbbüslərin təqdimatı üçün komandalar şəklində işləyiblər.

Onlar təşəbbüslərin davamlılığı üçün müxtəlif təkliflər səsləndirərək müzakirə ediblər.

 Tədbirdə çıxış edən Qəbələ DPTM-nin nümayəndəsi Reyhan Məmmədova və İsmayıllı DPTM-nin nümayəndəsi Tacəddin İbadov çıxış edərək iştirakçılara uğurlar arzulayıb və bu cür təşəbbüslərin həyata keçirilməsinin vacibliyini, davamlı olmasını qeyd ediblər. Bundan əlavə onlar peşə məktəbləri olaraq bu cür təşəbbüslərdə maraqlı olduqlarını vurğulayıblar.

 Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova çıxış edərək iştirakçıları təşəbbüsləri uğurla bitirməkləri münasibətilə təbrik edib. Bundan əlavə o iştirakçılar üçün gələcək imkanlar barədə məlumat verib, onları hər zaman bu cür təşəbbüslərdə aktiv şəkildə iştirak etməyə çağırıb.

 Tədbirin sonunda iştirakçılara sertifikatlar və layihənin hədiyyələri təqdim olunub.

 Qəbələ DPTM-nin musiqili qrupu tədbirə xüsusi maraq qataraq milli alətlərdə müxtəlif musiqi nümunələri ifa ediblər.

 Layihə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

 Layihənin əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.