“Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” layihəsinin təlimləri uğurla davam edir.

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.

19 may tarixində İsmayıllı, 20 may tarixində isə Qəbələ DPTM-də iştirakçılar üçün “İncəsənət alətləri” adlı növbəti təlim həyata keçirilib. Beynəlxalq təlimçi Zərif Bəkirova iştirakçılara sosial, forum və heykəl teatrı haqqında məlumat verib, bir cümlə atışı ilə tanış edib. İştirakçılar qruplar şəklində heykəl teatrı yaradaraq nümayiş etdiriblər. Bundan əlavə onlar forum və sosial teatr alətləri ilə də işləyərək tanış olublar.

Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.