“Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” proqramının növbəti təlim həftəsi yekunlaşıb.

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.

5 may tarixində İsmayıllı və Qəbələ DPTM-nin tələbələri üçün “Liderlik, Vaxtın idarə olunması” təlimi baş tutub. Təlim beynəlxalq təlimçi Gülnara İsmailova tərəfindən keçirilib. Təlim müddətində iştirakçılar liderlik və onun növləri, yaxşı liderin xüsusiyyətləri ilə tanış olub, öz liderlik üslubunu təyin ediblər. Həmçinin vaxtın idarə edilməsi ilə bağlı Pomodoro, ABC, Pareto və s. alətlərlə tanış olublar.

Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.