“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsi çərçivəsində 2-4 noyabr tarixlərində Bakı və Sumqayıtdan olan iştirakçılar və mentorlar üçün refleksiya təlimləri yekunlaşıb. Sessiyalar zamanı gənclər həyata keçirdikləri təşəbbüslərin nəticələrini müzakirə edib, öyrənmə prosesi zamanı qarşılaşdıqları çətinliklər və uğurlar paylaşılıb. Eyni zamanda təşəbbüslərin nəticələrini ictimayətə paylaşmaq üçün hazırlıq işlərinə başlanılıb.
“Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.