Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi), UNİCEF Azərbaycan (Unicef Azerbaijan) və Azərbaycan Respublikası Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) tərəfdaşlığı ilə “Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır. Layihə zamanı respublikada ilk dəfə həyata keçirilən İntern Akademiya təcrübəçiləri üçün Peşəkar və Şəxsi inkişaf təlimləri təşkil olunaraq onlarin 3 ay müddətində inkişaf yolu xəritəsi hazırlanacaq.
53 nəfər gənci əhatə edən layihə zamanı Bakı və Sumqayıtdan olan Gənclər Karyera və İnkişaf mərkəzinin könüllüləri müxtəlif sosial mövzulara həsr olunmuş toxum layihələr həyata keçirəcək və mentor dəstəyi alacaqlar. Layihə çərçivəsində gənclərə ART terapiya təlimləri keçirilərək onlara müharibədən zərər çəkən uşaqlarla iş metodları öyrədiləcək.
“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində həyata keçirilən layihə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunur.