images

18 Dek 2020

Qazax Gənclər və Karyera Mərkəzindən olan mentor və iştirakçılar Art terapiya təlimləri zamanı öyrəndikləri metodlar əsasında COVİD-19 pandemiyasının gətirdiyi stressləri aradan qaldırmaq uşaqlar üçün məşğələlər təşkil ediblər

Qazax Gənclər və Karyera Mərkəzindən olan mentor və iştirakçılar Art terapiya təlimləri zamanı öyrəndikləri metodlar əsasında Göygöl Gəncləri Karyera və İnkişaf Mərkəzində COVİD-19 pandemiyasının gətirdiyi stressləri aradan qaldırmaq uşaqlar üçün məşğələlər təşkil ediblər. Məşğələlər dekabr ayında “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində təşkil olunub.

Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijan the European Union to Azerbaijan maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.