images

02 Yan 2021

EveryBody is beautiful": "Body positive və gözəllik sənayesi"

2021-ci ilin ilk sessiyası baş tutub

Education HUBın dəstəyi ilə keçirilən" İcmalar üçün kreativlik" proqramı çərçivəsində " EveryBody is beautiful" təşəbbüs qrupu yanvarın 2-də "Body positive və gözəllik sənayesi" adlı vebinarı təşkil edib. 30-a yaxın iştirakçının qatılımı ilə baş tutan vebinarda gender təlimçisi Nisə Hacıyeva gözəllik sənayesinin bədən qəbullənmə anlayışına təsiri, insanların gözəllik sənayesi oyunçuları tərəfindən necə təzyiqə məruz qalması və bu xidmətlərdən istifadə etməsi, sistemin təkcə qadınları deyil, kişiləri də necə basqı altında saxlaması kimi mövzuları interaktiv şəkildə iştirakçılarla birgə müzakirə edib. Bədən qəbullənmə ilə bağlı növbəti seminar tezliklə elan olunacaq. Səhifəni izləməkdə davam edin.