images

11 Yan 2021

“Bullinqi necə aradan qaldırmaq olar?” mövzusunda müzakirə həyata keçirilib

“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Binəqədi Gənclər Evi / Binagadi Youth House-dan olan iştirakçıları “Gələcəyin Günəşi” adlı sosial təşəbbüs həyata keçirir. Təşəbbüsün məqsədi müəllim-valideyn-şagird münasibətlərinin düzgün tənzimlənməsinə dəstək olmaqdır.

10 yanvar 2021-ci il tarixində layihə komandası tərəfindən “Bullinqi necə aradan qaldırmaq olar?” mövzusunda müzakirə həyata keçirib. Vebinarda Təhsilin idarə olunması üzrə mütəxəssis, Bakı Ali Neft Məktəbinin, həmçinin Azərbaycan Britaniya Kollecinin müəllimi olan Qoşqar Məhərrəmov, Yevlax rayonu Rüstəmli kənd tam orta məktəbinin ingilis dili müəlliməsi Vəfa Fərəcli və Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyi sədri Yusif Bəkirov olmaqla 3 təlimçi ilə həyata keçirilib. Vebinardan 60-dan çox iştirakçı faydalanıb. Müzakirə zamanı spikerlər bullinqin yaradan səbəblər, onların aradan qaldırılması üçün təkliflər irəli sürüb və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir