images

13 Yan 2021

İncəsənət həftəsinin beşinci günü "Hekayə Söyləmə" mövzusuna həsr olunub

“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində 9-14 Yanvar 2021-ci il tarixlərində İNCƏSƏNƏT HƏFTƏSİ keçirilir. İncəsənət həftəsinin beşinci günü "Hekayə Söyləmə" mövzusuna həsr olunub.

Təlimə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Sessiya hekayə danışmaq (storytelling) metodologiyasının nəzəri və praktik anlayışını çatdırıb. Bu metodologiyadan iştirakçılar layihələrinin üzərində tətbiq etmək üçün istifadə edəcəklər.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.