images

14 Yan 2021

İncəsənət həftəsində Pantomim teatr təqdim olunub

“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində keçirilən İNCƏSƏNƏT HƏFTƏSİ başa çatdı. İncəsənət həftəsinin son günü Pantomim teatr növünə həsr olunub.

Təlimə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Sessiya zamanı iştirakçılar pantomima teatrı və onun janrları haqda məlumat əldə edib. Səssizlik və səs, sözsüzlük və söz haqda danışılıb. Tamaşacıya fikirlərin müxtəlif mimlər vasitəsilə çatdırılması nümayiş etdirilib.

“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Delegation of the European Union to Azerbaijanın maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijanın və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.