images

10 Yan 2020

İnkişaf Zamanı proqramı çərçivəsində hazırlanmış film ABŞ-da üçüncü yeri qazanıb

Education HUB-ın "İnkişaf Zamanı" proqramı çərçivəsində hazırlanmış "Qığılcım" sosial yönümlü qısametrajlı filmi ABŞ-da keçirilən XI Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında “Tamaşaçı rəğbəti” nominasiyası üzrə 65 ölkə arasında III yerə layiq görülüb. Filmin rejissoru “SABAH” qruplarının rejissorluq ixtisasının məzunu Masər Həsənov, layihə rəhbərləri - Elməddin ŞamilzadəSamra Mustafayeva və Səbina Əliyevadır. Film narkotika aludəçiliyin qarşısının alınmasından bəhs edir. Filmin tam versiyasını buradan izləyə bilərsiz.