images

25 Dek 2019

Qazaxda «Yarat... İnkişaf Et... Töhfə Ver...» layihəsinin məlumatlandırma sessiyası

Dekabrın 25-də Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində Proqram çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan «Yarat... İnkişaf Et... Töhfə Ver...» layihəsinin Məlumatlandırma sessiyası baş tutub. «Yarat... İnkişaf Et... Tövhə Ver...» layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin idarəçiliyinə hazırlamaqdır.