images

09 Dek 2019

"Sən də Bacararsan" təşəbbüsü Gəncədə

"Sən də Bacararsan" təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education Hub-ın təşkilatçılığı ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində həyata keçirilib. Gəncə şəhərində reallaşan təşəbbüs zamanı 17-21 yaşlı sahibkar olmaq istəyən gənclərə Startap, Marketinq, Statiska təlimləri keçirilmişdir. Təlim iştirakçıları arasından ən yaxşı 5 Startap ideyası seçilib, davamlılıq üçün həmin layihələrin üzərində işlənəcək və inkişafı üçün mentor dəstəyi göstəriləcək.