images

05 Dek 2019

Birləşmiş Millət Təkilatının 14-cü İnternet İdarəçiliyi Forumu keçirildi

Birləşmiş Millət Təkilatının 14-cü İnternet İdarəçiliyi Forumu Almaniya Respublikasının hökuməti tərəfindən 25-29 Noyabr 2019-cu ildə Berlində keçirilmişdi. Forumun əsas mövzusu "Bir Dünya...Bir Şəbəkə...Bir Baxış... adlanırdı. Forum 2000-dən artıq dövlət rəhbərlərini, özəl sektor, təhsil və beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirmişdi. Forumu giriş sözü ilə Almaniya Respublikasının kansleri xanım Angela Merkel və BMT-nin baş katibi Antonio Guterres açaraq qlobal internet idarəçiliyinin əhəmiyyəti və DİM-lərin yerinə yetirilməsində rolunu müzakirə etmişdir. Education HUBın Proqram Meneceri Gulnara İsmailova Forumda iştirak etmişdir.