images

16 Yan 2020

Mentorların ƏRİZƏ QƏBULU

«Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər  Evi təşəbbüsü» çərçivəsində

                                   Yarat! İnkişaf Et! Töhfə Ver!

         Layihəsində Binəqədi Gənclər Evi üçün mentorların   

ƏRİZƏ QƏBULU

Son müraciət tarixi: 24 yanvar, 2020

UNİCEF Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü” proqramını həyata keçirir. “Konstitutsiya” Araşdırmaları Fondu və Education HUB təşəbbüsün tərəfdaşları olaraq “Yarat! İnkişaf et! Tövhə ver!” layihəsini icra edir.

Layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ icma təşəbbüslərinin həyata keçirilməsinə dəstək verməkdir.

KAF və Education HUB layihə çərçivəsində həyata keçiriləcək iştirakçı təşəbbüslərinə dəstək məqsədilə sosial layihələrin icrasında təcrübəsi olan gəncləri mentorluq seminarında iştirak etməyə və təşəbbüslərin icrasında mentorluq dəstəyi göstərməyə dəvət edir. Ərizə qəbulu Bakı (Binəqədi və Xəzər rayonu), Mingəçevir, Şəmkir, Qazax, və Biləsuvar regionlarını əhatə edir.

Kimlər müraciət edə bilər:

  • Hal-hazırda və iştirakçıların təşəbbüslərinin  icra müddətində Azərbaycanda  və qeyd olunan regionlarda yaşayan; 
  • Təşəbbüslərin icrası zamanı dəstək olmaq istəyən; 
  • Könüllü əsasında mentor/məsləhətçi olmaq istəyən; 
  • Mentorluq haqqında təcrübə və bilik əldə etmək istəyən və ya bu sahədəki biliklərini təkminləşdirmək istəyən
  • Cədvəldə sadalanmış görüşlərdə iştirak edə bilən şəxslər.

Təlim cədvəli:

  1.  Mentorluq Modulu Təlimi (mentorluq haqqında əsas təlim) Fevral-Mart aylarında layihə üzrə seçilmiş regionalarda keçiriləcəkdir.
  2. Təşəbbüslərin reallaşması ve mentorluq prosesinin dövrü: 2020-ci ilin Aprel – avqust aylarında Azərbaycanda baş tutacaq 
  3. Mentorluğun Qiymətləndirmə Görüşü İnkişaf Forumu ilə parallel keçiriləcək: 

Sentyabr-Noyabr aylarında layihə üzrə seçilmiş regionlarda baş tutacaqdır.

Bütün komponentlərdə tam iştirak tələb olunur. Proqramı uğurla başa vuran mentorlar sertifikat ilə təltif olunacaqlar.

Şərtlər

  • Bütün xərclər – yaşayış, yemək, nəqliyyat xərcləri (rəsmi bilet təqdim olunduqda) təşkilatçılar tərəfindən qarşlılanır. 
  • Göstəriləcək mentorluq dəstəi üçün proqrama seçiləcək mentorlara kiçik ödəniş nəzərdə tutulur. 

Ərizə qəbulu

Mentorluğa sənəd vermək üçün online ərizə formasını https://forms.gle/8XLte59E2mxGrc3N9  24 yanvar, 2020-ci il tarixindən gec olmayaraq doldurun, bu tarixdən gec göndərilən ərizələr qeydə alınmayacaq.  

Seçim prosesində:

  • Sosial layihələr və icma inkişafına yönələn təşəbbüslər həyata keçirmiş; 
  • Coğrafi ərazi meyarına uyğun gələn;
  • Seçilmiş regionların birində yaşayan, eyni zamanda yerli gənclər evi və ya karyera mərkəzində çalışan;
  • Mentorluq motivasiyasi, eləcə də təvhə vermək istədiyi social təşəbbüslərə dair aydın və inandırıcı ifadə edən;
  • Layihələrin icrası müddətində iştirakçılara dəstək verə biləcək istək və zamana sahib olan

namizədlərə üstünlük veriləcək.

Seçilmiş və gözləmə siyahısında olan namizədlərlə  28-29 Yanvar 2020-ci il tarixində  əlaqə saxlanılacaq. Rica olunur e-mail hesablarınızı tez-tez yoxlayasınız, çünki seçildiyiniz halda iştirakınızı təcili təsdiqləməniz tələb olunacaq. 

Bizimlə əlaqə:

 E-mail: [email protected] 

Facebook səhifəsi : https://www.facebook.com/EduHUB.az/

Web-səhifə: www.eduhub.az

Əlaqə nömrəsi: (+994)12 409 6997

                                                         Müraciətinizi gözləyirik!